Gürcüstana vizaların qiyməti açıqlandı

23560Viza aldıqdan sonra müddətli yaşayış icazəsi də almaq lazımdır

Gürcüstanın Azərbaycan səfirliyi bu ölkənin tətbiq etdiyi yeni viza rejiminin detallarını açıqlayıb

Qafqaznews.az  apa-ya istinadən xəbər verir ki, səfirlikdən verilən məlumata görə, Azərbaycan vətəndaşları Gürcüstana səfər etdikdə bu ölkədə 90 gündən çox olmamaqla vizasız qala biləcəklər.
Lakin Gürcüstanda 90 gündən artıq qalmaq istəyənlər “geoconsul.gov.ge” saytına daxil olmalı, ingilis dilində anket doldurmalı, tələb olunan sənədlərin “scan” olunmuş sürətini anketə əlavə etməli və anketdə Gürcüstanın Azərbaycandakı səfirliyini seçməlidirlər:
“Anket Gürcüstanın Azərbaycandakı səfirliyinə çatacaq, səfirlik vətəndaşları dəvət edəcək və viza rüsumunu ödəmək üçün çek təqdim olunacaq”.
Biznes vizası (D1 kateqoriyası) üçün səyahət məqsədini sübut edən sənəd, sağlamlığın və bədbəx hadisənin sığortası haqqında sənəd, iş yerindən arayışı, müqavilə, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd, bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, pasport surətini, ağ fonda 3×4 ölçülü fotoşəkili “scan” edib anketə əlavə etmək lazımdır.
Təhsil vizası (D3 kateqoriyası) üçün vətəndaşın həqiqətən qeyd etdiyi təhsil müəssisəsində təhsil aldığına dair arayış, sağlamlığın və bədbəxt hadisənin sığortası haqqında sənəd, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd; bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, bu olmadığı təqdirdə isə atasının və ya digərinin sponsorluğu haqqında məktub və onun iş yerindən maaşı haqqında sənəd; pasport surəti və ağ fonda 3×4 ölçülü fotoşəkil “scan” olunaraq elektron anketə əlavə edilməlidir.
Gürcüstanda ailə üzvü olan Azərbaycan vətəndaşları üçün (D4 kateqoriyası) elektron viza anketini doldurduqdan sonra əlavə edəcəkləri sənədlərin siyahısı da qeyd olunub:
“Sağlamlığın və bədbəxt hadisənin sığortası haqqında sənəd, Gürcüstanda yaşayış yerinin olması haqqında sənəd, bankda 5000 lari və ya 3000 dollar, yaxud da 2500 manat pul vəsaitinin olması haqqında sənəd, bu olmadığı təqdirdə isə ayda 1600 lari və 800 manat maaşının olması haqqında sənəd, Gürcüstanda olan ailə üzvünün sənədləri – həyat yoldaşının yanına gedirsə nikah haqqında arayış, övladlarının yanına gedirsə onların doğum haqqında şəhadətnaməsi, əcnəbinin doğum haqqında şəhadətnaməsi, Gürcüstanda yaşayan ailə üzvünün Gürcüstanda qanuni şəkildə yaşaması haqqında sənəd (əgər ailə üzvü Gürcüstanda viza əsasında qalmırsa) – yaşayış yerindən arayış, ağ fonda 3×4 ölçülü fotoşəkil və pasport”.
Qeyd olunub ki, viza aldıqdan sonra Gürcüstanda ədliyyə evlərində müddətli yaşayış icazəsi də almaq lazımdır.
Turistik viza (C1 kateqoriyası) üçün isə sağlamlıq və qəza sığortası sənədi; yaşayış yerini təsdiq edən sənəd; səyahət sənədləri üçün kifayət qədər vəsaitlərin olması haqqında sənəd, geri qayıdacağına zəmanət verən sənədin “scan” surətini elektron anketə əlavə etmək tələb olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR