Hərbi əlil Prezidentdən kömək istəyir

1395216451_06ef483f3b8ad9d020f98b39cabc4a92Keçmiş hərbçinin torpağını zəbt ediblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə

Azərbaycan Respublaikasının Baş naziri cənab Artur Rəsi-zadəyə

Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədova

Qazax rayon, Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, Mürşüdov Tural Müştab oğlu tərəfindən

 Ş i k a y ə t  ə r i z ə s i

Hörmətli Prezident, cənab Ali Baş Komandan ! Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən Silahlı Qüvvələrdə bir çox vəzifələrdə, gizir rütbəsində Azərbaycan Resbublikasının ərazi bütövlüyü uğrunda ön xətt bölmələrində xidmət etmişəm. Xəstəliklə əlaqədar təxris olmuşam, hazırda 2-ci qrup hərbi əliləm və təxris olunduqdan sonra Ağköynək bələdiyyəsinə qanuna müvafiq olaraq yaşayış yerim olmadığı üçün müracirət edib, torpaq sahəsi ilə təmin olundum. Eyni zamanda bələdiyyə tərəfindən və digər dövlət orqanları tərəfindən müvafiq sənədlərlə təmin olunmuşam, mənə ev tikmək üçün ayrılan torpaq sahəsinin bütün hüquqi sənədləri var. Lakin bir müddət əvvəl mən öz torpaq sahəmdə tikinti işləri aparmaq üçün getdikdə Ağstafa rayon sakini Mahmud adlı şəxs mənim torpağımı qanunsuz mənimsəyərək, mənim bütün sənədlərim olmasına baxmayaraq, bu torpaq sahəsi mənimdir deyir və həmin ərazini mənə hədə -qorxu gələrək mənisəyib, məni öz torpağıma buraxmır. Əlavə qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarı ilə həmin torpaq Qazax rayonuna məxsusdur necə ola bilər ki, Ağstafa sakini həmin yerə qanunsuz hökmranlıq edir. Dəfələrlə bu barədə Qazax rayon torpaq şöbəsinin müdiri Vəliyev Sərxana və kənd Bələdiyyə sədri Süleymanov Salehə müraciət etmişəm, ancaq mənim məsələmə baxmırlar. Sonra Qazax rayonundakı bütün rəhbər şəxslərə müraciət eləmişəm, ancaq konkret cavab yoxdur. Hörmətli Prezident, cənab Ali Baş Komandan ! Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərim barədə ciddi tədbir görülməsinə göstəriş verəsiniz və mənim torpağımın qaytarılıb özümə verilməsinə kömək edəsiniz və sadə vətəndaşların hüquqlarının tapdalanmasına yol verməmələrinə tapşırıqlar verəsiniz.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az ) 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR