Həştərxan şəhərində “Bilik günü” ilə bağlı bir sıra tədbir keçirilmişdir-FOTOLAR

esas shekil - 01.09.2014-heshterxan bilik gunuRusiya Federasiyasının Həştərxan şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 saylı orta ümumtəhsil məktəbində 1 sentyabr – “Bilik günü” ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.Əvvəlcə Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsi önündə bilik günü ilə əlaqədar təntənəli mərasim təşkil olunmuşdur. Mərasimdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoymuşlar. Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.Afanasyev, Ümumrusiya Azərbaycanlı Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Həştərxan şəhər rəsmilərinin, Həştərxandakı Azərbaycan diasporası nümayəndələrinin, məktəbin müəllim-şagird kollektivi və valideynlərin qatıldığı tədbirdə şagirdlərin ifasında bədii kompozisiya nümayiş etdirilmişdir.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbdə yeni tədris ilinin ilk dərsləri dahi rəhbərin mənalı ömür yolu və fəaliyyətinə həsr olunmuş, şagirdlərə onun həyat və fəaliyyəti barədə geniş məlumat verilərək, maraqlı videoçarx, eksponatlar, foto və kitablar nümayiş etdirilmişdir. Dərslərdə həmçinin Azərbaycan nümayəndə heyəti iştirak etmiş və şagirdlərə Heydər Əliyev Fondunun adından hədiyyələr təqdim olunmuşdur.

Qeyd edək ki, yeni tədris ili ərəfəsində sözügedən məktəbdə Azərbaycan tərəfindən cari təmir işləri aparılmış, ətraf ərazi abadlaşdırılmış, məktəbin tədris prosesinə hazırlıq vəziyyəti yoxlanılmışdır.

Eyni zamanda, Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən orijinal layihə əsasında və müasir memarlıq üslubunda yeni uşaq bağçasının inşası yekunlaşmaq üzrədir, hal-hazırda son tamamlama işləri aparılır və cari ilin sentyabr ayının sonunda açılışı planlaşdırılır.

IMG_0894

 

 

IMG_0913IMG_0934IMG_1055

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR