Heydər Babayevin sığorta şirkəti

Безымянный copy

İnsaf dinin yarısıdır, cənab Rəhmanov

Son vaxtlar vətəndaşların sığorta şirkətlərindən şikayətlərinin sayı durmadan artır. Çünki slğorta şirkətlərinin çoxu üzərinə düşən öhdəliyi yerinə yetirmək istəmir. Belə sığorta şirkətlərindən biri də “Standard Insurance” sığorta şirkətidir. Bu şirkətin qeyri-rəsmi sahibinin keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev olduğu söylənilir. Şirkət hazırda 30 növ üzrə xidmət göstərir və 10 milyondan artıq nizamnamə kapitalına sahibdir. Amma müştərilərə necə xidmət göstərir? Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az ) müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 18 ünvanda yaşayan Yusifov Məcid Umud oğlu yuxarıda adı keçən sığorta şirkəti ilə aralarındakı problem haqda belə söyləyir: “ Mən üçmərtəbəli mülkümü “Standard Insurance” sığorta şirkətində sığortalamışam. Avqust ayında biz evdə olmayanda su borusu  partlayıb və 3 mərtəbəli evimi su basıb. Mən bu barədə “Standard Insurance” sığorta şirkətinə müraciət etdim. Qiymətləndirmə departamentinin müdiri Anar Nəsirov mənə dəyən zərəri 1800 manat qiyməndirdi. Bu heç mənim evimin parketinin pulunu ödəmir. Mən bu barədə etirazımı Anar müəllimə bildirdim və qymətləndirmənin necə aparılması ilə bağlı ondan yazılı məlumat istədim. O, isə mənə heç bir sənəd göstərmədi. Ümumiyyətlə, Anar Nəsirov müştərilərin mənafeyini deyil, ancaq özünün xeyrini düşünərək, özünə sərf eləyən qiymətləndirmə aparır. Və heç bir səlahiyyəti olmayan qiymətləndirmə qurumlarını, öz adamlarını işə cəlb edir”. Məcid Yusofov şirkətin sədri Aydın Rəhmanovdan xahiş edir ki, qiymətləndirmə heç olmasa insafla aparılsın. Axı, atalarımız da deyib ki, insaf dinin yarısıdır, cənab Rəhmanov.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az )

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR