İbrahimoviç tarixə düşdü

PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç şərəfini qoruduğu İsveç millisinin tarixinə düşübhoni

Qafqaznews.az Qol.Az-a istinadən xəbər verir ki, Estoniya ilə yoldaşlıq görüşündə dubl edən futbolçu İsveç millisinin tarixində ən çox qol vuran futbolçu olub.

Matçın 3 və 24-cü dəqiqələrində yığmadakı 49 və 50-ci qollarını vuran İbrahimoviç millinin sabiq futbolçusu Sven Ryudeli gedirə qoyub. Ryudel 1923-1932-ci illər ərzində vurduğu 49 qolla siyahıya başçılıq edirdi.
Qeyd edək ki, hazırda davam edən İsveç – Estoniya matçında meydan sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR