İlham Əliyevin Həştərxanda sammitdə çıxışı – VİDEO

1411991587_ilham-aliyev-heshterx-sammitAzərbaycan Xəzərdəki qonşuları ilə hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir. Qafqaznews.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Həştərxanda IV Xəzər sammiti çərçivəsində keçirilən geniştərkibli görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: “Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin mövcudluğu və hərbi fəaliyyət bütün Xəzəryanı ölkələr üçün bərabər təhlükəsizliyin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadı gücləndirməyə imkan verəcək”.

İlham Əliyev bildirib ki, Xəzər dənizi gələcəkdə də sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın Həştərxan şəhərinə Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak edir.

Dövlət başçısı sammitdə çıxış edib. Qafqaznews.az  Prezidentin çıxışının videosunu təqdim edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR