İŞİD-çilər İstanbul Universitetinə hücum etdi – VİDEO

86968cac3387Polis dərhal İŞİD-çilərə müdaxilə etsə də yaralanan olub.

İŞİD-i dəstəkləyənlər İstanbul Universitetinə hücum edib.

Qafqaznews.az -ın ANS PRESS-ə istinadən məlumatına görə, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsində İŞİD-ə qarşı açılmış bir afişa terrorçu qruplaşmanın dəstəkçilərini özündən çıxarıb. Nəticədə universitet İŞİD dəstəkçilərinin hücumuna məruz qalıb.

Belə ki, radikal dini qruplaşmaları dəstəkləyən tələbələrin yaratdığı “Müsəlman Gənclik” təşkilatının üzvləri əvvəlcə afişanın yığışdırılmasını tələb ediblər. 15 dəqiqə sonra isə əllərində mismarlı dəyənəklərlə fakultəyə hücum ediblər. Hücum zamanı bir tələbə başından yaralanıb. Polis 3 nəfəri saxlayıb.

İŞİD qalmaqalı ilə bağlı universitet rəhbərliyi detallı məlumat açıqlamayıb.

Qeyd edək ki, İstanbulda fəaliyyət göstərən “Müsəlman Gənclik” Təşkilatının üzvləri arasında “Hİzbullah”ı da dəstəkləyən tələbələrin də olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR