İŞİD lideri Bağdadi öldürüldü – FOTO

5f9ae97aaf61İndi terrorçu quruma rəhbərliyi Əbü Müslim həyata keçirir.

Öldürüldüyü iddia edilən “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının lideri Bağdadiyə məxsus foto yayılıb.

Qafqaznews.az ANS PRESS-ə istinadən xəbər verir ki, Əbubəkr Əl Bağdadinin İraqın Telafer şəhərinə təşkil edilən hücumlarda öldürüldüyü bildirilir.

İraq mənbələri Bağdadinin öldürüldükdən sonrakı fotoları olduğu iddia olan görüntünü yayımlayıblar.

İraq mətbuatı bu məlumatın xüsusilə NATO sammiti ərəfəsinə təsadüf etməsinə dəqqət çəkib. Qeyd edək ki, Bağdadinin iki həftə əvvəl də öldürüldüyü iddia edilmiş, ancaq xəbər təsdiqini tapmamışdı.

İŞİD liderinin sələfi kimi yerinə Əbu Müslimin gətirildiyi ifadə edilir.

3515f8f14a7c488acc3064bbaccac22c

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR