İŞİD müharibə elan etdi

68258Qondarma “İslam Xilafəti”nin nümayəndələri sosial şəbəkənin bütün üzvlərin öldürəcəklərini deyir

“Twitter” sosial şəbəkəsi terror qruplaşması olan yeni adı ilə qondarma İslam Dövlətinə (“İD”) cavab verməli olacaqlar.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkənin onların özlərinə döyüşçü yığmağa kömək edən akkauntunu bağlamaları “İD”in xoşuna gəlməyib. Özünü artıq xəlifə İbrahim elan edən Əbu Bəkr əl-Bağdadi davamçıları bu vaxtdan etibarən “Twitter” işçilərini də Amerika və Avropa imperialistləri və kafirlər kimi düşmənlər sırasına daxil olub.
“Twitter”in ünvanına təhdidlər Qüdsdə yerləşən fevral ayından “İD”ə beyət edən “Al-Musra” (İslam qoruyucuları) tərəfindən gəlib. Təşkilat “tənha qurd”, ABŞ və Avropada olan öz tərəfdarlarını hər yerdə baş ofisi Kaliforniyada yerləşən sosial şəbəkənin işçilərini güdüb məhv etmək əmri verib.

“Twitter işçiləri bundan sonra bilməlidirlər, – deyə çağırışlardan birində deyilir, – əgər onlar virtual aləmdə bizə qarşı müharibədən əl çəkməsələr, biz onlara real dünyada müharibə elan edəcəyik! San-Fransiskoda yerləşən Twitter əməkdaşları yadlarında saxlasın ki, qapıda onları hər zaman qatil, tənha qurd gözləyə bilər”.

Qeyd edək ki, Twitter “İD”in əsas propaqanda silahı olub. Buna görədə sosial şəbəkədə akkaunt itkisi qondarma cihadçılara ciddi zərbə olacaq. İndi onlara real həyatda apardıqları müharibə qədər həvəslə apardıqları propaqanda müharibəsində də əsaslı dəyişiklilər və alternativ variantlar lazım olacaq.

“Daily Mail” xəbər verir ki, “Twitter”in təhlükəsizlik xidməti təhdidlərər ciddi yanaşıb və hazırda onların nə dərəcədə doğru olduğunu araşdırır. Sosial şəbəkənin ABŞ-da 12, Kanadada 2, Avropada 5, Latın Amerikasında 2, Asiyada 3 Avstraliyada isə 1 şöbəsi var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR