İŞİD terrorçularının hərəmxana rəhbərləri (FOTO)

İngiltərə polisi artıq hərəkətə keçib70557

Böyük Britaniya vətəndaşı olan qadınlar İŞİD terrorçu qruplaşmasının üzvləri üçün nəzərdə tutulan hərəmxanalara rəhbərlik edirlər.

ANS PRESS-in məlumatına görə, bu barədə İngiltərə mətbuatı yazır.

Xəbərə görə, oğurlanmış minlərlə iraqlı qadın İŞİD terrorçularına intim xidmətlər göstərməyə məcbur edilirlər.

Həmin qadınlar Böyük Britaniya vətəndaşı Aysa Mahmudun rəhbəri olduğu “Əl-Xanssa” qruplaşması tərəfindən oğurlanaraq İŞİD üzlərinə xidmət edən hərəmxanalara gətirilirlər. “Əl-Xanssa”nın 60-a yaxın qadın üzvü bu yaxınlarda Yaxın Şərqə gediblər. Onların hamısı Britaniya vətəndaşıdır.

İngiltərə polisi artıq hərəkətə keçib. Polis 20 yaşlı Aysa Mahmudun həbs olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.410cf65cda0d

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR