İtaliya mətbuatı “Qarabağ”dan yazdı

1 (1)“Qafqazın “Barselona”sı “Qarabağ””

Italiya mətbuatı Avropa Liqanın qrup mərhələsinin ikinci oyununda “İnter”in qonağı olacaq “Qarabağ” haqda geniş yazı verib.

Oxu.Az “Qarabağ FK”-nın facebook səhifəsinə istinadən həmin yazını təqdim edir: “Azərbaycan klubu Dağlıq Qarabağda baş verən müharibə səbəbindən (Əslində ermənilər Qarabağı işğal ediblər – red.) Ağdamı tərk edərək Bakıya üz tutub. Qarabağ ikiqat ölkə çempionluğunu, üç dəfə kuboku, bir dəfə isə Superkuboku qazanıb. Azərbaycan komandası Avrokuboklarda böyük təcrübəyə malikdir: 49 oyun (Avropa Liqasında 37, Çempionlar Liqasında 4 matç, Kuboklar Kuboku və İntertoto Kubokunda oyunlar) – 19 qələbə, 12 heç-heçə, 18 məğlubiyyət.

“Qarabağ”ın baş məşqçisi vaxtıilə Azərbaycan yığmasının heyətində beynəlxalq arenada ən çox qol vuran futbolçu olub: 14 qol. O, məşqçilik karyerasına “Neftçi”də başlayıb. 2008-ci ildən “Qarabağ”a gəlib, 21 ildən sonra komandaya yenidən çempionluğu qazandırıb. “Qarabağ” futbolçuları Cəngavərlər adlanır, klubun emblemində iki at əksini tapıb. Komandanın oyunçularından Danilo, Riçard Almeyda , Çumbinyo, Reynaldo, Leroy Corc, İbrahim Şehiç, Aqolli, Muarem, kapitan Rəşad Sadıqovun adı xüsusi qeyd edilib.

“Qarabağ” hazırda ölkə çempionatında lider “İnter”dən bir oyun az keçirməklə 11 xalla (3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət) üçüncü pillədə qərarlaşıb. İtaliya “İnter”i 230 milyon, “Qarabağ” isə 10 milyon avro büdcəyə sahib dir. “Qafqaz “Barselona”sı adlandırılan komandanın qısa ötürmələrdən istifadə edir, sürətli oyuna üstünlük verən komanda, əsasən 4-3-3, 4-5-1, 4-6-0 taktikası ilə oynayır.

“QARABAĞ” QƏHRƏMANLAR KİMİ DÖNMƏK İSTƏYİR !

Yazıda həmçinin “Qarabağ”ın Avropa turnirində uzun yol qət etdiyi, Çempionlar Liqasında “Valletta”nı mübarizədən kənarlaşdırdığı, ardından “Zalsburq”u 2-1 məğlub etsə də, səfərdə 0-2 uduzaraq Avroliqada mücadiləni davam etdirməklə “Tvente”ni yarışdan kənarlaşdırdığı qeyd olunub. Qrup raundunun ilk oyununda “Sent-Etyen”lə görüşdə “Qarabağ” 90 dəqiqə ərzində diqtə edən tərəf olub və qələbəyə çox yaxınlaşsa da, buna nail olmayıb.

“İnter” və Matsari üçün aydındır ki, “Qarabağ” Milana gəzməyə gəlməyib və bu komanda Vətənə, Ağdam klubunun fanatlarının yanına qalib – qəhrəmanlar kimi qayıtmaq istəyir.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR