Gündə 3 fincandan çox qəhvə içmək diabet riskini 2 qat artırır.Axar.az xəbər verir ki, bu italyalı elm adamlarının araşdırması nəticəsində ortaya çıxıb.Araşdırmaya 18-45 yaşındakı yüksək təzyiq xəstəsi 1180 adam qatılıb. 6 il davam edən araşdırma nəticəsində gündə 3 fincandan çox qəhvə içən iştirakçıların yarısından çoxuna diabet diaqnozu qoyulub.Qeyd edək ki, bu araşdırma 2 il bundan öncə Almaniyada aparılan eyni araşdırmanın nəticələrini alt-üst edib. Belə ki, 2 il öncə Almaniyada aparılan eyni araşdırma nəticəsində alimlər qəhvənin şəkər xəstəliyi riskini azaldığını bildirmişdi.