Kenterberi arxiyepiskopu: “Arabir Yaradanın mövcud olmasına şübhə edirəm”

welbeBu yaxınlarda özünün müsahibəsində İngiltərənin Kenterberi Arxiyepiskopu din xadimi üçün sensasion səslənə biləcək açıqlama etdi. Belə ki, Bristol kilsəsində verdiyi müsahibədə jurnalistin  “Allahın mövcud olmasına şübhə etdiyiniz anlar olurmu?” sualına gözlənilmədən “Bəli” cavabını verib.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, Anqlikan kilsəsinin rəhbəri vəzifəsini tutan Castin Uelbi Briston kilsəsində verdiyi müsahibədə bildirib ki, bəzi hallarda özünə sual verir: bəs niyə Allah dünyada baş verən ədalətsizliklərə göz yumur:

“Bir dəfə qaçırdım və dua etməyə davam edirdim. Birdən dayandım və dedim: ətrafda və dünyada baş verən ədalətsizliklərə müdaxilə etməyin vaxtı deyilmi, İlahi. Əlbətdə əgər sən həqiqətən də mövcudsansa?”,-deyə, İngiltərə kilsəsinin başçısı vurğulayıb.

Uelbi onu da əlavə edib ki, Allahın mövcud olmasına bir neçə dəfə şübhə edib.

Arxiyepiskop qeyd edib ki, arabir insan Allahın həqiqətən də mövcud olub-olmaması və əgər mövcuddursa harada olması məsələləri ətrafında düşünür.

Qeyd edək ki, hər 4 britaniyalıdan biri özünü Anqlikan kilsəsinə aid edir. Hər ay bu kilsənin keçirdiyi tədbirlərə 1,7 milyon insan qatılır.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR