Şimali Koreya lideri əməliyyat edilib
Şimali Koreya lideri Kim Çen In xəstəxanaya düşüb. O əməliyyat olub. ANS PRESS-in məlumatına görə, onun sağ topuğunda problem yaranıb. Belə ki, ölkə rəhbərinin ayağı burxulub.
O, ilk vaxtlar zədəyə fikir verməyib. Lakin sonradan axsamağa başlayıb. K.Ç.Inın müalicə edildiyi hospitaldakı palata xüsusi nəzarətə götürülüb.
Qeyd edək ki, Şimali Koreya lidernin son qatıldığı tədbirlərdə axsaması gözdən yayınmayıb. Belə ki, dövlət televiziyası liderin axsayan yerdə olan görüntülərini yayımlayıb. Nəticədə bütün dünya onun sağlamlığında problem olduğunu bilib.