Kral Leo adlı pişik insanların etdiyini etdi (VİDEO)

7254014 yaşlı pişiyi pəhrizə oturtdular və qaçmağa məcbur etdilər

Amerikada Kral Leo adlı artıq çəkidən əziyyət çəkən insanların etdiyini edib.

ANS PRESS-in məlumatına görə, onu sürücülərdən biri yoldan tapıb. Kral Leo tapılarkən bərbad vəziyyətdə olub, pırpızlaşmış uzun tükləri və yekə qarnı pişiyə hərəkət etməyə imkan vermirdi.

Onu tapan şəxs heyvanlara nəzarət və qayğı mərkəzinə apardıqdan sonra pişik reabilitasiya mərkəzinə göndərilib. Burada əvvəlcə onun tükünü qırxdılar. Bundan başqa pişiyin çəkisini azaltmaq üçün onu ciddi pəhrizə oturtdular və qaçmağa məcbur etdilər. Reabilitasiya mərkəzinin əməkdaşlarının Leonun idmandan zövq olduğunu deyir.

Reabilitasiya mərkəzindəki 34 yaşlı veterinar könüllü olaraq pişiyin reabilitasiyası ilə məşğul olur. Veterinarın sözlərinə görə fizioterapiya pişiyə müsbət təsir göstərir və o, ümid edir ki, Leo tezliklə öz normal çəkisinə və sağlamlığına qovuşacaq.

Hal-hazırda pişiyin səhhəti ciddi nəzarətdədir və məlumatlar daim Facebook səhifəsində yerləşdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR