Küçədə oyuncaq pələng hamını qorxutdu Video, FOTO

46001Qadının qorxusu polisi hərəkət etməyə məcbur edib

ABŞ-nın Arkanzas ştatında bir qadın polisə müraciət edərək küçədə, səki kənarında pələng cəsədi aşkarladığını və qorxudan yolu keçə bilmədiyini deyib.

ANS PRESS-in məlumatına görə, hadisə yerinə yaxınlaşan polis xoşbəxtlikdən qadının təhlükədə olmadığını müəyyənləşdirib. Belə ki, tərs çevrilən bu pələngin sadəcə oyuncaq olduğu məlum olub.

Polis baş verənləri zarafat kimi qəbul edib, “həbs edilərək” maşınla bölməyə aparılan oyuncağın şəklini də yayıb.

Qurumdan bildiriblər ki, qadının zəngi yalan zəng kimi qiymətlənmiyəcək və o cərimə edilməyəcək. Çünki polis artıq bir neçə dəfə bu tip şikayətə reaksiya verməli olub və həqiqətən də canlıya oxşayan oyuncaqların insanları narahat etməsi normal hal sayıla bilər.

Hələ 2011-ci ildə İngiltərədə meydançada peyda olan ağ pələng bir çox insanı qorxuya salmışdı. Bu zaman yollar bağlanılmış və havadan kömək gəldikdən sonra helikopterin küləyindən pələng çevrilmişdi və insanların da polisin də əbəs narahatlığı üzə çıxmışdı. Bu sadəcə bir oyuncaq idi.

Hyustonda isə 2012-ci ildə xilasedicilər atılmış bir otelin pəncərəsindən pələngi xilas etməyə atılmışdılar. Başa düşəndə isə ki, bu oyuncaq pələngdir məyus olmuşdular.

Belə görünür ki, hələ ki, qanun tərəfindən qadağa olmamasına baxmayaraq pələng oyuncaqları evdə çarpayının üstündə saxlamaq daha məqsədəuyğundur nəinki küçədə.

815f801079a6b0f781e9bcdb

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR