Laçının icra başçısının gölləri, fermaları var-FOTOLAR

Akif-Selimov-1

Məcburi köçkünlər isə şəraitsiz daxmalarda qalır

Bir neçə gün əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən şantaj edilərək 10 gün müddətinə həbs etdilirən Əliquli İbrahimov haqqında məlumat vermişdik. Laçın rayon sakini olan Əliqulu İbrahimov bizimlə söhbətində bildirmişdi ki, mən sosial şəbəkələrdə dövlətçiliyimizə zidd olan xoşagəlməz statuslar paylaşan bəzi şəxslər barədə vaxtında icra başçısı Akif Səlimova desəm də, o, həmin şəxsləri vəzifəyə təyin etdirəndə mən qəti etirazımı bildirdim və icra başçısı tərəfindən cəzalandırıldım…. Bu gün yenidən Qafqaz Xəbər Agentliyinə(qafqaznews.az ) müraciət edən Əliqulu İbrahimov öz həmyerliləri olan Laçın camaatının ağır durumundan danışdı: “Bu gün xeyli laçınlı heç bir şəraiti olmayan daxmalarda yaşayır. Bu daxmalarda elementar yaşayış şəraiti yoxdur. İcra başçısı Akif Səlimov heç bir imkansız qaçqına kömək əli uzatmır, ancaq özü üçün çalışır”. Əliqulu İbrahimov onu da bildirdi ki, icra başçısı az vaxtda özü üçün yaxşı biznes sahələri yaradıb, icra başçısının balıq yetişdirmək üçün 2 balıq gölü var. Bundan başqa Akif Səlimovun bir neçə heyvandarlıq təsərürfatı, fermaları da var. Bir sözlə, icra başçısı varlandıqca, sadə camaatın vəziyyəti ağırlaşır. Əliqulu İbrahimov öz fikirlərini təsdiqləmək üçün bir neçə məcburi köçkün daxmasının şəkilini də bizə göndərib. Əliqulu İbrahimovun dediklərini bizimlə söhbətində laçınlı, keçmiş polis işçisi Arzu İbrahimov da təsdiq elədi. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi( qafqaznews.az )

БеhrзымянныйБезыksoмянныйБезымяuydujdнныйБезымянdfeный78

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR