Lukaşenko: “Heyf ki, o gözəl günü görməyəcəm…”

63764_res_01Belarus prezidenti Aleksandr Lukaşenko bu ölkədə keçirilən xokkey üzrə dünya çempionatını yüksək səviyyədə təşkil etdiklərinə görə bir sıra şəxsləri ordenlə təltif edib.

Lukaşenko təltifetmə mərasimində Belarus xokkeyi ilə bağlı arzusunu da bildirib: “Belarus xokkeyçilərinin yaxın vaxtda dünya çempionatının mükafatçıları sırasında olacağı inandırıcı deyil. Reallığı nəzərə alsaq, bizim xokkeyçilərin heç olmasa bürünc medal alması yaxşı olardı”.

Prezidentin sözlərindən sonra dünya çempionatının təşkilat komitəsinin sədri Yevgeni Vorsin cavab olaraq “Aleksandr Qriqoryeviç, vaxt gələcək, biz də medal alacağıq” deyib.

Lukaşenko Vorsinə zarafatla cavab verib: “Oy, Jenya, təəssüf ki, mən o gözəl günü görməyəcəm. Heç sənə də o günə qədər yaşamaq nəsib olmayacaq…” (publika.az).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR