Mağazadan “nisyə dəftəri” oğurlandı

Ümumilikdə mağazadan 10 min manat dəyərində qarət edilib.Bərdə rayonunda oğurluq hadisəsi baş verib.

vorr

Qafqaznews.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Elçin Əsədov küçəsində yerləşən Zabil Dadaşova məxsus mağazadan oğurluq olub.

Gecə baş verən oğurluq zamanı naməlum şəxslər qapının qıfılını sındırıblar. Mağazadan siqaret, nağd pul, danışıq konturu və ərzaq məhsulları oğurlanıb. Ümumilikdə mağazadan 10 min manat dəyərində qarət edilib.

Oğrular mağazanın “nisyə dəftəri”ni də özləri ilə aparıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR