Medvedev Davudoğluna əməkdaşlıq təklif etdi

Rusiya Baş naziri Dmitri Medvedev Əhməd Davudoğluna Türkiyənin yeni Baş naziri seçilməsi münasibətilə təbrik məktubu göndərib.

1409649075

Axar.az xəbər verir ki, məktubda Medvedev Türkiyə ilə birgə əməkdaşlığa hazır olduqlarını bildirib.“Rusiya ilə Türkiyəni ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Ümid edirəm ki, ticarət-iqtisadi, sərmayə, elmi-texniki, mədəni-humanitar və digər məsələlərdə əməkdaşlıq ölkələrimizin maraqlarına tam cavab verəcək. Sizinlə ikitərəfli qarşılıqlı əlaqələrimizi genişləndirməyə hazırıq”, – Medvedevin məktubunda bildirilib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR