Messi “Barsa”dan danışdı

lionel-messi_416x416“Barselona”nın ulduz futbolçusu Lionel Messi yayda komandanın sıralarına qoşulan Luis Suarez haqqında ağızdolusu danışıb. Messi “Barselona”nın Suarezlə daha güclü olacağını qeyd edib: “Suarezin seçimini “Barselona” lehinə etməsi bizim xeyrimizə oldu. İndi hücum xəttimiz daha da güclənəcək. Belə olduğu halda biz yenidən Çempionlar Liqasının finalına qatıla biləcəyik. Çempionlar Liqasının finalında oynamaq “Barselona” kimi komandanın borcudur.

 Qeyd edək ki, FİFA Luis Suarezi Braziliyadakı dünya çempionatında İtaliya millisinin üzvü Kiyellinini dişlədiyinə görə 4 aylıq cəzalandırıb. Suarezin cəzası oktyabrın 24-də başa çatır.(qafqazinfo)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR