Məzardan çəkilən haray: “Məni burdan çıxarın”

teleqraf.com1411745193qebirYunanıstanda qəribə hadisə baş verib.   Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Yunanıstanda xərçəng xəstəsi olan bir qadının halı pisləşib və o, həyatını itirib.   Axşam saatlarında Thermaiko kəndinin qəbiristanlığında düzənlənən dini ayindən sonra toprağa verilən qadının məzarından bir neçə saat sonra səs gəlib. Qadının haray çəkərək “məni buradan çıxarın” dediyi eşidilib.    Onun məzarı açılsa da, qadının yaşamını itirdiyi məlum olub. Lakin  prokurorluq faktla bağlı araşdırmalara başlayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR