Mübariz Qurbanlı dəfn mərasimləri ilə bağlı yayılan xəbərləri uydurma adlandırdı

загруженноеDini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünənki açıqlamasında polis və bələdiyyə işçilərinin yerlərdə yas mərasimlərinə müdaxilə eləməsinə öz münasibətini bildirib: “ Bu məlumatlar öz təsdiqini tapmadı. Bu informasiya yalandır. Azərbaycanın heç bir rayonunda belə müdaxilədən söhbət gedə bilməz. Bizim komitənin regional şöbələri var. Məlumatı eşidən kimi şöbələrimiz vasitəsilə yerlərdə vəziyyəti öyrəndik. Məlum oldu ki, bütün deyilənlər sensasiya axtaran mətbuatın uydurmasıdır”. Komitə sədri onu da əlavə edib ki, dəfn mərasimi bizim ənənələrimizin bir hissəsidir, bununla bağlı ancaq təbliğat işi gedə bilər, zorakılıq yolverilməzdir, heç kimin ixtiyarı yoxdur zorakı müdaxilə eləsin. Anaxeber.az saytı isə informasiya yayıb ki, icra nümayəndələri yas yerlərindəki ərzaqları müsadirə edib uşaq evlərinə göndərirlər. Sumqayıt icra hakimiyyətinin informasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi Nazənin İsnmayılova isə məlumat yayıb ki, Eldar Əzizov təntənəli yas mərasimlərini qadağan edib, qonaqlara ancaq çay verilə bilər. Qafqaznews.org saytı Nazənin İsmayılova ilə əlaqə saxlayıb. O, bildirib ki, mən elə bir açıqlama verməmimşəm və Sumqayıtda yas mərasimlərində heç nəyi müsadirə etmirlər. Saray qəsəbə icra nümayəndəliyinin aparıcı əməkdaşı Həbibə Aslanova isə yas məclislərinə qadağa qoyulmasını təsdiq elədi: “ Narahat olmayın… biz yas məclislərini diqqətlə izləyirik…çaydan başqa heç nə vermirlər..”

Rəşad Rüstəmov

 Qafqaz Xəbər Agentliyi ( qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR