“Nazirlər Kabineti rüşvətə şərait yaradır”

1387057361-295Əsasən bağ evlərində, qəsəbə tipli yerlərdə sayğacların quraşdırılmaması yeni problem deyil. Azad İstehlakçılar Birliyi (AİB) yenidən bu problemə qayıdıb. AİB-in sədri Eyyub Hüseynov ANN. Az-a bildirib ki, neçə illərdir ki, istehlakçılardan şikayətlər daxil olur: “ Vətəndaşlar bildirir ki, “Azərsu” bilərəkdən sayğacların quraşdırılmasını gecikdirir. Çünki bu “Azərsu”ya sərfəlidir. Sayğac quraşdırılanda vətəndaşlar təxminən 4 dəfə az pul ödəyirlər. Çünki sayğac olmayan evlərdə istifadə olunan suya görə deyil, evdəki adamların sayına görə pul ödənilir. Bizim məlumatımıza görə, Bakıda 70-80 faiz evlərdə sayğac quraşdırılıb. Digər ciddi problem odur ki, yeni praktikaya və normativə görə, ailə orta hesabla 4 nəfərdən götürülür. Bu 8 nəfərlik ailəyə sərf edir, ancaq azsaylı ailələr bundan əziyyət çəkir”. Həqiqətənmi, “Azərsu” sayğacların quraşdırılmasını süni yollarla əngəlləyir? Suala aydınlıq gətirmək üçün “Azərsu”nun mətbuat xidməti ilə əlaqə saxladıq. İstismar şöbəsinin rəsi müavini Yaşar (familyasını demədi) bildirdi ki, mətbuat xidmətində heç kim yoxdur, növbəti həftə zəng eləyin. “İş vaxtı mətbuat xidmətində heç kimin olmaması biabıçı haldır”, bunu isə Eyyub Hüseynov söylədi. AİB sədri onu da bildirdi ki: “ Əgər mənzildə 1 nəfər qediyyatdadırsa, buna baxmayaraq vətəndaş 4 nəfərin istehlak pulunu ödəməlidir, bunu Nazirlər Kabineti müəyyən edib. Deməli, ölkə başçısı korrupsiyaya qarşı mübarizə aparır, NK isə rüşvətə şərait yaradır”.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org) 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR