Nazirlikdən mobil telefon qadağası ilə bağlı açıqlama gəldi – QADAĞAN EDİLMƏYİB

Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın orta məktəblərində şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır.

Sorğuya cavab olaraq həmçinin qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib.

1410249084_0001

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR