Neftin qiyməti ucuzlaşır

oilBu il ilk dəfədir ki, bir barel neftin qiyməti 100 dollardan aşağı enib.

Satış zamanı, sentyabr ayının 9-da Brent markalı neftin bir barelinin qiyməti 99,03 dollara – minimal daxili gündəlik səviyyə 2013-cü ilin may ayının 1-dən – düşüb.

Bu barədə məlumatı Reuters informasiya agentliyi yayıb, Oxu.Az Korrespondent.net-ə istinadən xəbər verir.

Qeyd edək ki, neftin qiyməti üçüncü aydır ki, ucuzlaşır. İyun ayının ortasından 115 dollardan 100 dollara qədər enib (Brent markası).

Daha öncə xəbər verilmişdi ki, OPEK səbətindən neftin barelinin qiyməti 100 dollardan – 99,94 dollara enib. OPEC səbəti 15 avqust hesabat dövrü üçün 1,08 dollar ucuzlaşıb.

OPEK səbətindən bir barel neft üçün qeyd edilmiş ən aşağı qiymət göstəricisi iyun ayının 2013-cü ilin 26-dan, yəni 13 ay müddətində nəzərə çarpıb. 2014-cü ilin avqustu ərzində bir barel neftin qiyməti 101 və 103 dollar olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR