“Oazis”ə görə restoranlarda sərt qərar-VİDEO

Bakıda “Oazis” restoranında kütləvi dava digər şadlıq evlərinin, restoranların, ailəvi istirahət mərkəzlərinin fəaliyyətinə ciddi şəkildə təsir edib. 1410299849

 

Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, məlum hadisədən sonra restoranlarda mühafizə xidməti gücləndirilib. Restoranların rəhbərləri işə əlavə mühafizəçilər cəlb edib, mühafizə polisi saxlanır, nəzarət sərtləşdirilib. Məlumatda deyilir ki, şəhərin bir çox adlı-sanlı restoranlarında mühafizəçilər “dörd gözlə” çalışırlar. Obyekt sahiblərinə xəbərdarlıq olunub ki, diqqətli olsunlar, növbəti belə xəta ağır cəza ilə nəticələnəcək.

Müştərilərə qarşı həssas davranmaq, onların sifarişlərini vaxtında çatdırmaq və ünsiyyətdə daha etik olmaq əmr olunub.

Xatırladaq ki, “Oazis”də baş verən kütləvi dava nəticəsində həm müştəri, həm də xidmət personalı tərəfindən ciddi xəsarət alanlar olub. Qarşıdurmada bıçaqlananlar və həbs edilənlər var.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR