Oğlan sevdiyi qızı qaçırdı, polis isə evə qaytardı- Azərbaycanda

50374Mingəçevirdə qız qaçırma hadisəsi baş verib.

“Qafqazinfo”ya Rayon Polis Şöbəsindən verilən məlumata görə, şəhərin mərkəzi küçəsində adam oğurluğu baş verib.  Rayon sakini 25 yaşlı Siyasət Məmmədov yolda zorla həmyerlisi 28 yaşlı Nigar Adıgözəlovanı qaçırıb. O, qızı sevirmiş və evlənmək məqsədi ilə qaçırdığını bildirib.

Polisin keçirdiyi əməliyyat nəticəsində qızın yeri müəyyənləşdirilərək ailəsinə qaytarılıb.

25 yaşlı Siyasət isə polisə təhvil verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR