“Oyna, qazan” deyən TOPAZ…

Kimləri milyonçu, kimləri dilənçi edir

Ölkəmiz müstəqillik əldə edəndən sonra düşünürdük ki, öz əlimiz, öz başımız olacaq. Ancaq haradan biləydik ki, baş bizim əl özgənin olacaq.a0558загруженное Bəli, bizim BAŞ-ımıza gələn müsibətlərin hesabına kimlərinsə ƏL-i gətirəcək. Cəmiyyətimiz son 20 ildə hansı oyun(baz)larla üz-üzə gəlmədi? Muncuq oyunlarından tutmiş mərc oyunlarına qədər. Hamısında da uduzan kasıb təbəqə olub və daha da kasıblaşıblar. 

Bu gün ölkəmizdə şıdırğı gedən oyunlardan birinin adı TOPAZ-dır. Guya söhbət mərc oyunlarından gedir. Amma əslində burada 2 tərəf var: qaz vurub qazan dolduranlar və evdə qazanı boş qalanlar. Bəli, TOPAZ-ın hesabına xaricdən gələn bir dəstə əcnəbi milyonlar qazanır. 150 manat maaşla ailə dolandıran bir ölkədə xaricdən gələn insanlar necə cibimizdən pulları mədəni yolla oğurlayaraq öz ölkələrinə aparırlar. Hesablamalara görə guya yığılan pulların 60-65%-i (vergi, idman nazirliyi daxil olmaqla) geri ödəniş edilir. Bu il TOPAZ-ın rəsmi dövriyyəsi 186 milyon manatdır.

Hesablamalara görə TOPAZ-ın illik gəliri 70 milyondan çoxdur. Bu pullar hamısı xalqın evdəki son çörək pullarıdır. Amma TOPAZ şirkətində 15-20 nəfər Türkiyə vətəndaşı çalışır. Bizdə olan məlumata görə 1 Türk vətəndaşının rəsmi aylıq maaşı 20.000 manatdır və onun aylıq xərclərini də şirkət öz boynuna götürür. Məsələn TOPAZ-da çalışan hər bir türk üçün aylıq 3000 manatlıq kirayə ev tutulur, uşaqları illik xərci 15.000 manat olan məktəbə gedir. İldə az qala 10 dəfə şirkətin hesabına öz vətənlərinə gedir-gəlirlər. Bu azmış kimi ilin sonunda özlərinə 100.000 manatdan çox bonus yazırlar. Beləliklə hər türk işçisinin illik xərci gördüyünüz kimi yarım milliona çatır. 

Onu da qeyd edək ki, heç bir yerli vətəndaşı öz konfranslarına və “daxili mətbəx”lərinə buraxmırlar. Bundan əlavə guya həftəlik proqram hazırlanması üçün Yunanıstana əlavə pullar göndərilir. Bu qədər ölkədən pullar çıxarıldıqdan sonra deyirlər ki, şirkətin qazancı çox azdır…ona görə bütün TOPAZ aqentləri şərtlərə narazılıq edir. Ancaq milyonlar qazanıb vətəndaşlarımızı müflis vəziyyətinə salan bu əcnəbi oyunbazlar son vaxtlar yaman təlaş içindədirlər. Çünki…öz əməllərinin bir gün açılacağından ehtiyat edirlər. Hamıya artıq bəllidirki , bunlari bu ölkəyə gətirənlər artıq camaatı bu qədər soymağından özləri də narahatdır və yeni şirkətlə danışıqlar aparırlar. Bunu başa düşən türk şirkəti nə qədər imkan varsa xalqı soymaqla məşğuldur. Növbəti yazılarımızda məsələni daha təfərrüatla cəmiyyətə çatdıracağıq…

Bizi izləyin. 
Sənan Məmmədli
Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR