PKK kömək istədi

1711311PKK, İŞİD-ə qarşı döyüşdə Türkiyədə yaşayan kürd gənclərdən kömək istədi.

Qafqaz Xəbər Agentliyi(Qafqaznews.az)haber3.com saytına istinadən bildirir ki, İŞİD, 24 saatdan az bir müddətdə Suriyanın şimal-qərbində  21 kürd kəndini ələ keçirərək Türkiyə sərhədinə yaxınlaşıb. Bölgədəki qaynaqlar İŞİD-in indi Kobani bölgəsini əhatə etdiyini deyib.

Bir kürd vətəndaşının internetdə paylaşdığı videoda, PKK-nın Suriyadakı davamı olaraq bilinən PYD-nin silahlı qanadı  YPG milisləri bir divarın üzərindən Kalaşnikovlarla atəş  açarkən, İŞİD bayrağı daşıyan bir tank da bu atəşə cavab verir.

PKK tərəfindən edilən yazılı şərhdə bütün Türkiyə kürdlərini, Kobanini müdafiə etməyə və Kobanidəki şərəfli müqavimətə  qatılmağa çağırır.

Ankara, PKK ilə İŞİD arasındakı qarşıdurmada tərəf olmaq istəmir.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi(Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR