Politoloq Rasim Musabəyov: “İŞİD-in məhv edilməsi İraq dövlətinin öz vəzifəsidir”

rassim_musabeko_v_b1Ən qəddar və amansız təşkilatlardan biri olan İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı mübarizə aparan koalisiya artıq təşkilatın mövqelərinə aviazərbələr endirib. Maraqlıdır, “xilafət”lə həmsərhəd olan Türkiyə koalisiya tərəfdən hərbi əməliyyatlara qatılacaqmı? İslam dini adından çıxış edən terrorçuları İraqa əsgəri qüvvə göndərməməklə yalnız havadan zərbələr endirməklə məğlub etmək mümkündürmü? Bu suallara cavab tapmaq üçün qafqaznews.az saytı politoloq, millət vəkili Rasim Musabəyova müraciət etdi.

– İŞİD türk girovlarını azad etdi. Bu günə kimi Türkiyə özünü çox ehtiyatlı aparırdı. Demək olarmı ki, bundan sonra o, terrorçulara qarşı daha sərt mövqe sərgiləyəcək?

– Türkiyənin öz siyasi xətti var. Bu həm İraq, həm də Suriyaya olan münasibətdə də belədir. Düşünürəm ki, istənilən haldaTürkiyə onu nümayiş etdirir ki, özünün şəxsi maraqlardan çıxış etmə hüqüqunu saxlamaq istəyir. Hər halda Türkiyənin Qərb üçün İraq alovuna təklikdə girmək niyyəti yoxdur. Plana əsasən amerikalılar terrorçulara havadan hücum edirlər, quruda isə qoy bu münaqişəyə Türkiyə girsin. İndiyədək Türkiyə çox ehtiyatlı davranırdı. Zənnimcə bu xətt terrorçuların başını itirib öz fəaliyyətlərini Türkiyə ərazisinə yaymağa cəhd etməyəcəklərinə qədər davam edəcək.

– Demək olarmı ki, Türkiyə özü də bu və ya diqər dərəcədə Suri-İraq bölgəsində terrorçuluğun, ələlxüsus İŞİD-in təsirinin artmasında günahkardır? Onu nəzərə almaq lazımdır ki, o, öz ərazisindən Əsəd rejiminə qarşı vuruşmağa gedən döyüşçülərin keçməsinə imkan yaradırdı.

– Ümumiyyətcə, mən Türkiyənin öz ərazisindən terrorçuları keçirib-keçirməməsi haqqında danışmağa çətinlik çəkirəm. Türkiyə Suriyadan çoxsaylı qaçqın qəbul edib. Bəzi insanlar öz evlərini, bəziləri isə qohumlarını itiriblər. O, insanlar da bunun günahını Əsəddə görürlər. Əgər bu insanlar Suriyaya qayıdıb, döyüşməyə davam edirdilərsə, bu o demək deyil ki, Türkiyə pz ərazisindən Suriyaya döyüşçüləri keçirirdi. Fikrimcə, bu ittihamlar yersizdir.

– Məlum olduğu kimi, ABŞ-ın İraqa əsgər göndərmək niyyəti yoxdur. Terrorçuların ərazilərini yalnız bombalamaqla və dəqiq aviazərbələrlə İŞİD-i məhv etmək mümkün olacaqmı?  

– Bu məsələni yalnız havadan zərbə vurmaqla həll etmək mümkün deyil. Əgər İraq bir dövlətdirsə, bu məsələni İraq özü həll etməlidir. Onu da demək lazımdır ki, ABŞ İraqın az-çox adekvat silahlı qüvvələr yarada bilməsi üçün bu dövlətə onlarla milyard dollar pul verib. İraqın özü öz ərazisində bu döyüşçüləri məhv etməlidir. Amerika Birləşmiş Ştatları havadan zərbələr endirir. Lakin istənilən halda bu məsələnin birbaşa təhlükə görməyən dövlətlərin hökümətlərinin hərbi əməliyyatlarda aktiv iştirakı ilə hıll olunmasını gözləmək düzgün deyil. Belə gözləntilər olmamalıdır. Bu məsələ ilk öncə İraq dövlətinin öz tapşırığıdır.

– Bəzi azərbaycanlıların Suriya münaqişəsində iştirakının səbəbi nədir. Nə səbəbdən azsaylı azərbaycanlı gənclər bu münaqişədə iştirak etməyə cəlb olunurlar?

– Səbəblər müxtəlif ola bilər. Zombilənmiş insanlar var. Bəziləri, hamısı olmasa da, ideoloji səbəblərdən. Gənclərin hansısa qismi ora pula görə gedir ki, burada da söhbət minlərlə dollar puldan gedir. Yəni səbəblər müxtəlif ola bilər. Bütün hallarda səbəblərdən asılı olmayaraq o bölgələrə gedib müharibədə iştirak edən insanlar Azərbaycan qanunlarını pozurlar. Bunu edən şəxslər isə məsuliyyət daşıyacaqlar. Sənə məlum olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə artıq 29 nəfər həbs edilib. Azərbaycan qanunları ölkə vətəndaşlarının bu tip fəaliyyətlə məşğul olmasını qadağan edir.

Kərim Sultanov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR