Poroşenkonun oğlu könüllü əsgər gedib

1408699413_simejne-foto-c4410_poroshenkoƏn azından Ukrayna prezidenti belə deyir.

Ukrayna prezidenti Petr Poroşenko CNN kanalına verdiyi müsahibəsində bildirib ki, onun oğlu ölkənin şərqində artilleriya qoşunlarında xidmət edir.

“Biz, ukraynalılar təhlükə ilə üz-üzə gəlib mübarizə aparmağa hazırıq, – o bəyan edib. – Bu, sadəcə sözlər deyil. Mənim oğlum da ordadır. O, könüllü gedib”.

Ukrayna liderinin sözlərinə görə, oğlunun olduğu bölük itkilər verir – son üç həftə ərzində bölükdə dörd nəfər yaralanıb, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.

“Bu çox güclü siqnaldır, bu sadəcə prezident üçün deyil, adi vətəndaş, ata üçün çox şey deməkdir: bu, həmin ərazidə sülhün bərqərar olunmasının nə qədər vacib olması deməkdir”, – Poroşenko müsahibəsində deyib.

O, əlavə edib ki, onun oğlu eyni anda dörd ali məktəbdə – İton, London iqtisadiyyat məktəbində, fransız İNSEAD biznes-məktəbində və Oksfordda təhsil alır, amma bu ona münaqişə zonasına könüllü olaraq yollanmasına mane olmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR