Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd Davudoğlu görüşdü

24561Sentyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub.
Bizimyol.info azertag.az-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu mətbuata bəyanatlarla çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun şərəfinə nahar verilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR