Putin çeçenləri ilk dəfə Rusiya ordusunda xidmətə çağırdı

65929_res_01

Son 20 ildə ilk dəfə 500 çeçen Rusiya ordusunda hərbi xidmətə çağırılacaq.

Bu barədə azvision.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir.

500 nəfər Çeçenistan vətəndaşı artıq oktyabr ayından etibarən Rusiyanın Cənub Hərbi Dairəsindən xidmət keçəcək. Məlumata əsasən, çağırışçıların 35%-i ali məktəb bitirən məzunlardır.

Qeyd edək ki, sonuncu dəfə Çeçenistan vətəndaşları Rusiya ordusuna 20 il əvvəl – 1994-ci ildə çağırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR