Putin Xəzəryanı dövlət başçılarını təbrik etdi

1411975525Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı dövlətlərin Forumunun iştirakçıları və qonaqlarına təbrik məktubu göndərib.

Axar.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Xəzəryanı dövlətlər arasındakı münasibətlər dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir. Biz bir-birimizin qanuni maraqlarına hörmət edir, Xəzər dənizinin ümumi taleyindən çıxış edirik. Bizim biznes-cəmiyyətlərimiz arasındakı əməkdaşlıq da bu prinsiplər üzərində qurulur.

Forumun bugünki gündəmində ticarət-iqtisadi əlaqələr, investisiyaların yaxşılaşdırılması, sənayedə kooperasiyaların genişləndirilməsi, energetika, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi dayanır.

Ümid edirəm ki, Forum zamanı əldə olunan təklif və təşəbbüslər çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yardım edəcək, Xəzəryanı ölkələrin iş dünyası arasında birbaşa əlaqələrin güclənməsinə gətirib çıxaracaq”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR