Qırğızıstan adını dəyişir

Qırğızıstan parlamentində ölkənin adının və konstitusiyasının dəyişdirilməsi barədə təklif irəli sürülüb.63640_res_01

Azvision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə təklifi “Ar Namıs” partiyasının lideri Feliks Kulov irəli sürüb.

“Biz 2015-ci ildə parlament seçkiləri ilə bərabər ölkənin adının dəyişməsi haqqında referendum keçirilməsini təklif edirik” – deyə, Kulov bildirib.

Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi haqqında təklifi ictimai xadimlər də təsdiqləyib.

İrəli sürülən təklifə əsasən Qırğızıstan Respublikasının adının Qırğız El Respublikası ilə əvəzlənməsi təklif olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR