Restoran sahibi reklamı görünmədiyi üçün ağacı kəsdirdi- Yenə də Binəqədidə…

1410337498_0001Şəkildə gördüyünüz bu ağac “Dədə” restoranının qarşısında olduğu üçün kəsilib. FaktXəbər-in verdiyi məlumata görə, hadisənin şahidləri bunu iddi edirlər. Redaksiyaya müraciət edən Nail Mahmudovun sözlərinə görə, bir gün əvvəl bu ağac sağlam idi:

“Lakin indi onu guya ki, çürümüşdü adı ilə kəsiblər. Əslində isə, məqsədləri restoranın qarşısını açmaq olub. Ağac pərli-budaqlı olduğundan, müəssisə gözə görünmürdü. Restoran sahibi də bu yola əl atıb”.

Qeyd edək ki, hadisə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində DƏDƏ restaranının qarşısında olub.

Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələni diqqətdə saxlayar.

Qeyd edək ki, qanunsuz ağac kəsmə hallarına qarşı tədbirlər cərimələr və cinayət məsuliyyətinə cəlb edir. Cərimənin məbləği 400 manatı ötürsə, meşə mühafizəsini həyata keçirən orqan cinayət işi açılmaq üçün hüquq-mühafizə orqanına müraciət edir.

Dünyada qəbul olunmuş qaydaya görə, cərimə kəsilən ağacın sayına görə yox, həcmə görə müəyyən edilir. Ağacın cinsindən, diametrindən və hansı kateqoriyaya aid olmasından asılı olaraq cərimə müəyyən edilir. Məsələn, 1 kubmetr odunun cəriməsi 5 manat 18 qəpikdir. Amma içlik üçün kəsilmiş ağacların 1 kubmetrinin qiyməti yüksəkdir. Məsələn, kəsilmiş ağac qoz ağacıdırsa, 1 kubmetr üçün cərimə 178 manat, palıddırsa 80 manatdır.

ETSN iki ildir daha bir cərimə sistemi tətbiq edir. Bir ədəd ağac kəsməyə görə inzibati xəta olaraq 800 manat cərimə tətbiq olunur. Hər kəs ağac kəsərkən ilk növbədə təbiəti məhv etməklə özünə, gələcək nəsillərə zərbə vurduğunu nəzərə almalı, ikincisi isə yüksək məbləğdə cərimələrə, hətta cinayət məsuliyyətinə cəlb olunacağını göz önünə almalıdır.

FaktXəbər olaraq bildiririr ki, məsələ ilə əlaqədar qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.1410337556_01

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR