Reynaldo: “Böyük-böyük danışıb, sonra…”

1412081981

“Qarabağ”ın qol silahı braziliyalı Reynaldo “İnter”lə oyunqabağı müsahibə verib.

Axar.az-ın məlumatına görə, braziliyalı futbolçu Apasport.az-a deyib ki, “İnter” Avropada ən adlı-sanlı komandalardan biridir:

“Təbii ki, onlarla qarşılaşmaq maraqlı olacaq. Biz də bu matçda əlimizdən gələni edəcəyik ki, yenilməyək. Bərabərlik və bəlkə də qələbə ilə Bakıya qayıdaq. Elə bilirəm ki, çempionatdakı uğurlu seriyamızı Avropada da davam etdirərik”.

Reynaldo əvvəlcədən proqnoz verməyin əleyhinə çıxıb:

“Oyundan əvvəl nəticənin necə ola biləcəyini deyə bilmərəm. Böyük-böyük danışıb, sonra matçda heç nə edə bilməsək, düzgün çıxmayacaq. Ümid edirəm ki, belə bir şey baş verməyəcək və biz də yaxşı nəticə ilə qayıdacağıq. Təbii ki, bərabərlik yaxşı nəticə olar. Böyük bir komanda ilə səfərdə bərabərlik etmək yaxşı nəticə sayılmalıdır. “İnter”in qrupumuzun favoriti olduğunu da unutmamalıyıq”.

Xatırladaq ki, “İnter” – “Qarabağ” matçı oktyabrın 2-də Milanda keçiriləcək.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR