Ronaldo “Real”dan gedir?

23705Ronaldo yenidən “Mançester Yunayted”ə qayıtmaq istədiyini bildirib. Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”ə qayıtmaq istədiyini bildirib.

2003-2009-cu illərdə İngiltərə təmsilçisinin şərəfini qoruyan Portuqaliya millisinin futbolçusu ən xoş günlərini məhz “MY”də yaşadığını bildirib.

Ronaldo fikirlərini bu cür səsləndirib: “Bu komanda əbədi olaraq ürəyimdə qalacaq. Mançesterli azarkeşlərin tayı-bərabəri yoxdur və ümid edirəm ki, nə vaxtsa bu imkanı əldə edəcəm. “Real”da xoşbəxtəm və bu komanda ilə hələ 4 illik müqaviləm var, ancaq gələcəkdə nə olacağını söyləmək olmaz”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR