Səməd Seyidov: AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmalıdır

semed seyidov

“Avropa Şurasının səsini eşitməyin vaxtıdır”.

AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmalıdır.

Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində qurumun Daimi komitəsinin fəaliyyətinə dair hesabat ətrafında keçirilmiş müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidov vurğulayıb ki, hər dəfə regionda baş verən problemlərlə bağlı anlaşmaya yaxınlaşdıqda, xüsusən də Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdim, burdakı erməni həmkarlarımız problemi yalnız Minsk qrupunun həll etmək imkanında olduğunu vurğulayırlar:

“Bəs hazırkı Assambleya Dağlıq Qarabağ üzrə alt komitə yaratmaq istədikdə siz harda idiniz? Biz bu problemi sizinlə burada müzakirə etmək istədik siz isə bundan imtina etdiniz. Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmağı, bu mürəkkəb vəziyyətdən qəbul ediləbiləcək çıxış yolu tapmaq üçün təkliflə çıxış etdiyi zaman siz harda idiniz? Siz yenə də imtina etdiniz. Avropa Şurası və AŞPA-nın Ermənistan və ya Azərbaycan tərəfinin deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitməyə belə razılıq vermirsizsə, hər dəfə yox deyirsizsə, o zaman biz nəyi müzakirə edə bilərik ki?! Artıq vaxtdır ki, biz bu kimi məsələlərdə Avropa Şurasının səsini eşidək, Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacibdir. Hesab edirəm ki, AŞPA-nın gündəliyindən bu məsələni çıxartmaq istəyənlər üçün bu çox vacib bir siqnal olardı”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR