Şotlandiya Böyük Britaniyadan ayrıla biləcəkmi?

63429_res_01Sentyabrın 18-də Böyük Britaniya torpağı Şotlandiyada müstəqillik referendumu keçiriləcək.Seçicilərin yarıdan çoxu müstəqilliyə səs verəcəyi təqdirdə Şotlandiya 2016-cı il martın 24-də Böyük Britaniyadan ayrılacaq.“Media forum” saytının məlumatına görə, tarixi mənbələr Şotlandiyada dövlətin eramızın 843-cü ilində yaradıldığını göstərir. Şotlandiya 1707-ci ildən İngiltərə ilə qanunla rəsmiləşdirilmiş ittifaqdadır. 1997-ci ildə məhdud muxtariyyət əldə edib. 1999-cu ildən öz parlamenti və icra hakimiyyəti fəaliyyət göstərir, lakin onların səlahiyyəti təhsil, mədəniyyət, səhiyyə, nəqliyyat, ətraf mühitin mühafizəsi və sair məsələlərlə məhdudlaşır.Ərazisi 78 min 772 kvadrat kilometr olan Şotlandiyada 2013-ci il yanvar ayına olan rəsmi məlumata əsasən, 5 milyon 328 min nəfər əhali məskunlaşıb. Əhalinin 83%-ni şotlandlar, 9%-ni ingilislər təşkil edir.32 vilayətə (bələdiyyəyə) bölünən Şotlandiyanın paytaxtı Edinburq şəhəridir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR