Sprey qadağan edilir

65682_res_01

Bu ilin yayında Braziliyada keçirilən dünya çempionatında hakimlərin ilk dəfə istifadə etdiyi və daha sonra bir çox çempionatlarda da tətbiq olunan üsulun – meydanın spreylə işarələnməsinin zərərli olduğu aşkarlanıb.

Xəbərə görə, Almaniyada aparılan testlər nəticəsində həmin spreyin tərkibində hormonal problemlər yaratmaq iqtidarında olan “paraben” adlı zərərli kimyəvi maddənin olduğu aşkarlanıb. Buna görə də Almaniya bundesliqasının oyunlarında spreyə qadağa qoymaq barədə qərar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, sprey hakimlər tərəfindən futbolçuların cərimə zərbəsi zamanı dayanacağı yeri və topu işarələmək üçün istifadə edilir. Sprey vurulduğu andan bir neçə dəqiqə sonra yoxa çıxır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR