Südabə Alıyeva bələdiyyə torpaqlarını pulla satır

Qazax rayon icra hakimiyyətinin başçısı hara baxır?

IMG_3428Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) bölgə müxbirinin verdiyi məlumata görə rayonun Qazaxbəyli kənd bələdiyyəsinin sədri Südabə xanım Alıyeva heç bir sənəd vermədən torpaqları satmaqla məşğuldur. Bu isə sonda sakinlərə ciddi problemlər yaradır. Belə sakinlərdən biri Bəxtiyar Yusubov bu ilin aprel ayında ev tikmək üçün bələdiyyə sədrinə müraciət edib. Qanunla dövlət rüsumu 480 manat olduğu halda bələdiyyə sədri Südabə Alıyeva vətəndaşdan 1300 manat pul alıb. Vətəndaş həmin ərazidə ev tikib yaşasa da sənədləşdirmə apara bilmir. Çünki bələdiyyə sədrinin pulla satdığı torpaqların hamısı qanunsuzdur. Görəsən rayonun rəhbərliyi hara baxır..?

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR