Sumqayıtda avtomobil belə yandı – VİDEO

imagesBu gün günorta saatlarında Sumqayıt şəhərinin Tağıyev qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Bizimyol.info-nun  əməkdaşına Bakı şəhər sakini Xəyal Məmədxanlı məlumat verib. “Biz hadisə yerinə çatanda artıq avtomobildə yanğın baş vermişdi. Öyrəndik ki, sürücünün idarəçiliyi itirməsi nəticəsində avtomobil yolun kənarındakı baryerə çırpılıb və yanğın baş verib. Avtomobildə olan bir qadını ölümdən xilas etdik. Yanğının böyüməsi nəticəsində sonradan avtomobilə yaxınlaşmaq mümkün olmadı. Hadisə ilə bağlı aiddiyatı dövlət qurumlarına zəng edərək məlumat verdik”, deyə Xəyal Məmmədxanlı bildirdi. O, hadisəni telefonunun video yaddaşına köçürə bilib. Həmin video görüntünü təqdim edirik.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR