Suriya qiyamçılarını İsraillə dostluq etməyə çağırdılar

pic_1358267734Suriya üsyançıları ölkədəki rejimi devirməyə köməklik əvəzində İsraillə sülh bağlamalıdırlar.
Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, bu fikirləri məşhur Suriya qiyamçılarından biri Qamal əl-Ləbvani söyləyib.
Bu sözləri o, cərşənbə axşamı Yerusəlimdə İsrail müxbirlərinə verdiyi müsahibə zamanı deyib. Suriya qiyamına qatılmış siyasətçi İsrailin Hersliya şəhərində hər il keçirilən Terrorizmlə mübarizə üzrə beynəlxalq konfransda iştirak edib.

İsrailin i24 xəbər telekanalına müsahibəsində Labvani bildirib ki, Suriyanın yeni höküməti Qolan yüksəklikləri ilə bağlı məsələdə İsraillə razılığa gələ bilər. Bundan sonra bu bölgə müharibə yox, inkişaf və çiçəklənmə mərhələsinə qədəm qoyacaq.
“Düşünürəm ki, biz yolu aça və əməkdaşlıq edə bilərik. Biz Suriyada və bütün regionda sülh prosesinə başlaya bilərik. Lakin hər iki tərəf bir-birini anlamalı və dinləməlidir”,-deyə, o vurğulayıb.
Eyni zamanda Suriya qiyamçısı ABŞ rəhbərliyi altında formalaşan anti-İŞİD koalisiyasına müraciət edib. Labvani koalisiyanı Bəşər Əsəd rejimini devirmək işində də koalisiyadan kömək istəyib.
Qeyd etmək lazımdır ki, Labvani Suriya həbsxanasından 2011-ci ildə elan olunmyş amnistiya əsasında azad edilmişdir. O, “xarici dövlətlə sövdələşmək və onu Suriyaya qarşı hərbi təcavüzə” çağırmaqda ittiham olunurdu. Azad olunandan sonra Labvaniya İsveçdə siyasi sığınacaq verildi və o, bu ölkəyə yollandı.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR