Surxayzadə obrazını yaradan müəllim…

hqdefault-13Bu köşəni yazanda gözümün qabağına tələbəlik illərim gəldi. Vaxtı ilə mən də BDU-nin məzunu olmuşam. Adını çəkmədiyim bir BDU-nun müəllimi ilə mən tələbəlik illərində tanış olanda o cavan bir müəllim idi.. Tələbələr öz problemlərini ona deməyə ehtiyac duyduğundan onun yan-yörəsinə həmişə çoxlu tələbə yığılırdı. Nədənsə tələbələrdə belə bir fikir yaranmışdır ki,bu müəllim universitet rəhbərliyinin yanında böyük nüfuza malikdir. Bəziləri həttda belə fikirləşirdilər ki,o bizim xilaskarımızdır. Ancaq həmin müəllimin yaxın dostu olan, BDU-da dərs deyən Eldar adlı müəllimi hüquq- mühafizə orqanları dələduzluq üstündə həbs etdikdən sonra bizim müəllim də sınıxdı.O qədər sınıxdı ki, hətta içkiyə qurşandı. Bir sözlə həmin müəllimdən heç-bir cavanlıq əsər-əlaməti qalmadı. Əziz oxucum fikirləşər ki,Rasimoğlu indi də keçib öz müəllimlərini tənqid etməyə,ancaq elə deyil,bu şəxs mənim müəllimim olmayıb və həttda BDU-da işləyib müəllim adını daşısa da,o orada heç vaxt dərs deməyib. Sadəcə olaraq mənim böyük bir potensiala malik olmağımı və perspektivimin olmasını hiss edərək mənimlə yoldaşlıq etməyə cəhd edib.Belə də ki,kim olursan-ol,istər müəllim,istər rektor və yaxud da nazir, əsas odur,gərək həyatda elə bir movge tutasan ki,jurnalistin tənqidinə tuş qəlməyəsən.Tələbəlik illərimdə,13 il öncə bu müəllimi kənardan müşahidə edirdim. Onunla bağlı öz qeydlərimdə hətta onun obrazını da yaratmışdım. Ancaq nədənsə ondan yazı yazmağa cürət etmirdim. Fikirləşirdim ki,insandır,iş yoldaşı həbs olunub,yəgin stress keçirir. Ancaq sonra gördüm ki,sən demə bu müəllim üçün dost-qardaş boş şeydir.Deməmişkən onun üçün əsas cibinin və qarnının dolu olması imiş. Həm də dost-qardaş dərdi çəkən obrazını yaratmağın özü də cəmiyyətdə bir roldu və o rolu da gərək elə oynayasan ki,camaat arasında da dərd çəkən müəllim obrazına oxşasın. Sən demə onu da bu müəllim çox gözəl bacarırmış. Onun vəzifədə olan bir xeyli dostları da var idi ki,müəllim onların hüzr mərasimlərində,lori dil ilə desək,samovara kömür atmaqdan özü də kömürə dönmüşdü.Məqsədi də o idi ki, hüzrə gələn məmurlar müəllimin necə canfəşanlıq etdiyini görsünlər. Sən demə bu müəllim hüzrlərdə də rola qirirmiş. Burda lap “Evləri köndələn yar” televiziya tamaşası yadıma düşdü.Özü də rəhmətlik Əliağa Ağayevin Surxayzadə rolunu çox ustalıqla oynayan rəhmətlik Yaşar Nurini nəzərdə tutaraq“Adə bu Cümə axşamına da gedir?!Yasin oxuyandur?!”,”Subbota,subbota!” sözləri.

Nə isə,vaxt keçdi, müəllimin bir polkovnik dostu təqaüdə çıxdıqdan sonra müəllim ondan üz döndərdi və artıq polkovnikin telefon zənqlərinə cavab vermədi. Bu yaxınlarda da eşitdik ki,müəllim özünə təzə bir dost tapıb,ancaq bu dost o biri dostundan fərqli olaraq generaldı. Bu yaxınlarada dostu generalı 2 həftəlik vəzifədən uzağlaşdırmışdılar,müəllim fikir edirdi ki,”axırımdı,yenə də qara buludlar başımın üstünü aldı”. Ancaq yəgin ki,müəllimin duaları lazımı olan yerlərə çatdı.İki həftədən sonra həmin generalı köhnə vəzifəsindən də yaxşı vəzifəyə təyin etdilər və müəllimin üzü yenə də gülməyə başladı. Bir anlığa müəllimin həyatı 13 il ərzində bir lent kimi gözümün qarşısından gəlib keçdi və apardığım qeydlərimdə gördüm ki,bu illər ərzində bu müəllim həm xeyirdə,həm də şərdə nə qədər Surxayzadəlik edib. Surxayzadə obrazı teatrda bir roldur,ancaq həyatda çoxları o obrazı ona görə oynayır ki,həmişə qarnı tox,cibi də pulla dolu olsun. O ki,qaldı cənab generalla müəllimin dostluğuna,biz heç kimin dostluq münasibətinə qarışa bilmərik,ancaq yəgin ki,mənim yazımdan sonra general da polkovnikə qarşı müəllimin etdiklərin nəzərə alıb,BDU-nun müəllimi ilə,daha müəllim kimi yox,bir “Surxayzadə” kimi dostluq edər.
Bu yaxınlarda polkovnikə zəng etdim.Dedi müəllim işlə əlaqədar ona zənq vurmuşdu, hansısa obyektin xahişini etmək üçün Sumqayıtın təzə rəisinə tanışlıq axtarırdı. Bunu eşidən kimi bir anlığa müəllimin general dostu gözümün qarşısına gəldi. Fikirləşdim ki,yəğin general mənim köşəmdən əvvəl müəllimin “Surxayzadə” olduğundan xəbər tutub. Sovet dövründə orta məktəbdə oxuduğumuz zaman müəllim obrazı gözümüzdə elə yüksəkdə dururdu ki, biz onun az qala müqəddəs olmasını düşünürdük. “Surxayzadə” ilə dostluq edən polkovniklə generalın da orta məktəbdəki müəllimləri çox güman onların gözündə müqəddəs olublar. Elə öz müəllimlərini müqəddəs hesab etdiklərinə görə də onlar “Surxayzadə”yə inanıblar…

 Mahmud Rasimoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR