Toy fotosuna görə arıqladılar – FOTOLAR

“İndi əvvəlkindən daha da xoşbəxtik”.8514 - копия

İngiltərədə yeni ailəquran cütlük hər kəsin marağına səbəb olub. Aşpazlıqla məşğul olan Matt Brandley 18 ay əvvəl uşaqlıq sevgisi Hannah ilə evlənməyə qərar verib.

Matt Brandly 115, Hannah isə 85 kiloqram çəkidə olduğundan daim böyük ölçüdə paltarlar geyinmək məcburiyyətində qalıblar. Onlar toydan əvvəl bəylik kostyumu və gəlinlik geyinərək şəkil çəkdiriblər. Şəkildə kök görünüşlərindən narahat olan Hannah və Matt toya qədər arıqlamağa qərar verirlər.

Onlar toya qədər güclü rejim tətbiq ediblər. İdman və pəhriz ilə keçən 18 ay ərzində Matt 40, Hannah isə 20 kilo arıqlamağa müvəffəq olub. Cütlük özlərinə söz verdikləri kimi toyda tamam başqa görünməyi bacarıblar. Toydan sonra jurnala açıqlama verən Matt bildirib ki, onlar hazırda daha xoşbəxtdirlər:

“İndi əvvəlkindən daha da xoşbəxtik. Arıqlmaq üçün tətbiq etdiyimiz proqram münasibətimizi daha da gücləndirib. Özümüzə olan güvənimiz indi daha yüksəkdir”. (bizimyol.info)

 

85138514

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR