TRT-nin solistini bıçaqlayaraq öldürdülər

72823Evlilik təklifini rədd etməsi həyatı bahasına başa gəldi

TRT-nin solisti evlilik təklifini rədd etdiyi üçün öldürülüb.

ANS PRESS-in məlumatına görə, TRT-nin solisti, 33 yaşlı müğənni Haticə Kaçmaz onunla eyni məhlədə yaşayan Orhan M.-in evlilik təklifini rədd etməsi həyatı bahasına başa gəlib.

Ərini avtomobil qəzasında itirən müğənni 3 yaş yarım bir qızı ilə yaşayırmış. Onunla eyni məhlədə yaşayan Orhan M. Adlı şəxs əvvəlcə qohumlarını müğənninin evinə göndərərək evlilik qərarını çatdırıb. Haticə Kaçmaz isə evinə gələnləri narazı yola salıb.

Aldığı rədd cavabını özünə sığışdırmayan Orhan M. müğənnini etdiyi bu hərəkətə görə cəzalandırmaq qərarına gəlib. Buna görə də Kaçmazı izləməyə başlayıb.
Sentyabrın 13-də məhlədəki marketə gedən müğənni çıxarkən Orhan M.-in hücumuna məruz qalır. Qaçırıldığını gördükdə müqavimət göstərir. Orhan M. bundan qəzəblənərək Kaçmazın ağzını bağlayıb sürüyərək yaınlıqdakı parka aparır və orada üzərində gəzdirdiyi çıxararaq Kaçmazı 15 yerindən bıçaqlayır.

Cinayətkar hadisəni törətdikdən sonra həmin yerdən qaçaraq uzaqlaşıb. Şahidlər dərhal təcili yardıma zəng ediblər. Xəstəxanaya çatdırılan xanım müğənni həkimlərin səylərinə baxmayaaq, dünyasını dəyişib.

Polislər ətrafdakı təhlükəsizlik kameralarını yoxlamaqla şəxsiyyətini müəyyən etdiyi cinayətkarı axtarış nəticəsində yaxalaya biliblər. Müəyyən edilib ki, cinayətkar bundan əvvəl qardaşını və atasını bıçaqlaması səbəbilə də həbsdə olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR