Türkiyə İŞİD sıralarına muzdluları “ixrac” edir

загруженное (3)Türkiyənin 1000 yaxın vətəndaşı Suriya və İraq ərazilərində “xilafət” yaratmaq istəyən qondarma “İslam dövləti” adlandırılan təşkilatın sıralarına daxil olub.

Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az ) xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİDin bu avantürasına qoşulan Türkiyə vətəndaşlarının əksariyyəti həyatlarından narazı olan gənclərdir ki, onlar da terror təşkilatının ideologiyasına uyan və pul qazanmaq istəyənlərdir. İŞİD sıralarında döyüşən bir türk gənci müsahibəsində bildirib ki, təşkilat hər bir üzvünə günəmuzd 150 ABŞ dolları ödəyir.

Məlumata əsasən, İŞİD sıralarında yüzlərlə ABŞ və Avropa ölkələrinin vətəndaşları döyüşür.

Amerika Birləşmiş Ştatları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan ölkənin Suriya ilə olan sərhəddinə əməlli nəzarət olunmalı olduğunu tələb edib. Belə olacağı təqdirdə İŞİD sıralarına daxil olmaq istəyən Türkiyə və digər ölkələrin vətəndaşlarnın Türkiyə-Suriya sərhəddindən qonşu ərəb ölkəsinin ərazisinə keçməsinin qarşısı alınacaq. Bundan əlavə sərhədə ciddi nəzarət İŞİDin zəbt etdiyi ərazilərdən çıxarılan neftin satılmasına da maneçilik törədiləcək.

Türkiyə dövlətinin başçısı öz növbəsində bildirib ki, ehtiyyatlı davranmalıdır, çünki ölkənin 49 vətəndaşı hələ də terror təşkilatının əlində girovdur.

Xəbərə əsasən, İŞİDin tərkibində döyüşən Türkiyə vətəndaşları ölkələrinin modern islamçılıq siyasətindənsə üzvü olduqları terror təşkilatının ekstremizmini üstün tuturlar.

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.org )

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR