Türkiyə Böyük Millət Məclisində 62-ci hökumətin təsdiqlənməsinə başlanılıb.Türkiyə Böyük Millət Məclisində hökumət 439 səsdən 306-sını qazanıb. 133 nəfər isə əleyhinə səs verib.
Türkiyə Böyük Millət Məclisi spiker Sadiq Yaqutun sədrliyində toplantı keçirib. Toplantıda hakim partiya AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu”sizdən aldığımız dəstəklə gecə-gündüz işləməyə əziz məclisimizin və millətimizin qarşısında söz veririk deyib. Heç bir qüvvə hökumətimizin bu əzmini qırmağa çata bilməz. Əksinə daha da böyük bir əzmlə işləməyə davam edəcəyik”.(publika.az)